Bu həftə Azərbaycan çempionatının bəzəyi hesab olunan "Böyük oyun" baş tutacaq. Bazar günü bütün futbolsevərlərin diqqəti Lənkərana - "Xəzər Lənkəran" - "Neftçi" matçına yönələcək. Amma...
Amması odu ki, "İdman Azərbaycan" kanalı azarkeşlərin arzusunu gözündə qoymaq istəyir. Əldə etdiyimiz məlumata görə, dövlət kanalı "Böyük oyun"u yayımlamaqdan imtina edib. Səbəb? Həmişəki kimi heç bir səbəb yoxdu. Yəqin kanal rəhbərliyi yenə öz vəzifəsini yerinə yetirmək üçün "maraqlarının" təmin olunmasını istəyir. Buna görə hətta futbolsevərləri "Böyük oyun"suz qoymaq niyyətindədilər.
"İdman Azərbaycan" kanalı idmanın inkişafına, kütləviliyinə xidmət etmək məqsədi ilə yaradılıb. Dövlət hər il bu qədər vəsiati kimlərinsə qarnını və cibini doldurmaq üçün yox, Azərbaycan idmanının təbliği üçün xərcləyir. Amma təəssüf ki, kanalın başında oturanlar bunu anlamaq istəmir, ya da zəkaları bunu anlamaq üçün yetərli deyil.
Bir dəfəlik bu kanalın yayım siyasətini, məqsədini açıqlayın görək hansı məzhəbə qulluq edirsiniz. Cibinizə, yoxsa Azərbaycan idmanına?
Fanat.az