Bu mövsüm təzəcə yaradılmış “İçərişəhər” futbol klubu üçün ilk mövsüm olmalıdı. Fanat.az xəbər verir ki, klub ev oyunlarını keçirəcəyi stadionu - “Bayıl Arena”nı müəyyənləşdirib, futbolçularla müqavilə imzalayıb, ancaq sənədləşdirmə ilə əlaqədar ideyanı həyata keçirmək hələ ki mümkün olmayıb.
Təbii ki, heyətdə olan futbolçular müxtəlif klublara gedib. Bunu nəzərə alan “İçərişəhər” rəhbərliyi yeni heyət toplamağa qərar verib. Bunun çün seleksiya işləri aparılacaq.
Bu barədə “İçərişəhər”in yaradıcısı və prezidenti Ziya Əliyev komandanın planlarından danışıb: “Hər şey sadədi: Biz hələ də böyük futbolda olmaq istəyən futbolçulara şans vermək istəyirik. 18-25 yaş aralığında hər kəs seleksiyada iştirak edə bilər. Bütün iştirakçılardan biz ən yaxşıları seçəcəyik. Gələn mövsüm I divizionun başlamasına qədər hazırlaşacağıq. Bunun üçün vaxtımız kifayət qədərdi. Əminəm ki, bu və ya digər səbəbdən ölkədə özünü göstərə bilməyən çoxlu futbolçu var. Hələlik seleksiya işinin dəqiq vaxtını müəyyən etməmişik. Arzu edənlər öz məlumatlarını bizim "Facebook" səhifəmizdə yerləşdirə bilər”.
Prezident baş məşqçi Vladislav Ledyaevlə bağlı da danışıb: "Ola bilər ki, bu ad çox az adama tanış gəlir. Ancaq biz Ledyaevə etibar edirik. Yeri gəlmişkən, bizə çox mütəxəssis təklif ediblər. Ancaq Avropa təcrübəsi bizi müəyyən riskə getməyə sövq etdi. Az qala həvəskar liqadan olan məşqçilərin top-klublarda məşqçi olduğuna dair çoxsaylı misallar gətirmək olar. Dortmund “Borussiya”sından Yurgen Klopp, “Roma”dan Rudi Qarsiya".
“Biz yerli klublardan ancaq bununla fərqlənməyəcəyik. Həm də sosial layihə tapşırığını yerinə yetirəcəyik. Planlarımızda xeyriyyə oyunları keçirmək var. Klub strukturu Avropa standartlarına uyğun olacaq. Axı Avropa təcrübəsi tam olaraq özünü doğruldub. Yeri gəlmişkən, növbəti mövsümdə biz İspaniya klubu “Ellin Deportivo”nu qəbul etmək istəyirik. Onlarla yoldaşlıq görüşü keçirmək istəyimiz var. Oyun təxminən apreldə baş tuta bilər. Ümumilikdə hesab edirəm ki, Azərbaycanda belə komanda yoxdu və bu, maraqlı olacaq”, deyə Əliyev əlavə edib.
Fanat.az