"Gürcüstan və Azərbaycan çempionatı arasında fərq böyükdü"

"Gürcüstan və Azərbaycan çempionatı arasında fərq böyükdü"
"Kaxaber Tsxadadze "İnter"də qalmağımı istəyib. O, məndən daha bir neçə ay oynamaq haqda düşünməyimi xahiş edib". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Aleksandr İaşvili deyib.
Gürcü futbolçu həmyerlisi Kaxaber Tsxadadzeni xarakterizə edib: "Bizim Kaxa ilə münasibətlərimizin dərin kökü var. Lakin məşqçi kimi onunla ilk dəfə “İnter”də çalışırdım. Düzünü deyim ki, onun bu səviyyədə məşqçi olacağını gözləmirdim. Tsxadadze öz işinin böyük peşəkarıdı, futbolçulara hər şeyi xırdalığına qədər izah edir. Hər biri ilə necə dil tapmağı yaxşı bilir. O, rəqiblərin oyununun təhlilinə çox vaxt ayırır ki, bu da bizə kömək edir. Kaxa həm oyun, həm də meydandan kənarda komandada nizam-intizam yaradıb. Prinsipcə, nəticələr də bundan xəbər verir: Azərbaycanda 4-5 klub maliyyə cəhətdən “İnter”i üstələsə də, Tsxadadzenin komandası daima “üçlüyə” düşür. Bir dəfə isə hətta çempion olub".
"Komandanız Azərbaycan çempionatını ikinci yerdə bitirdi. Mövsümə pis başlamışdınız, autsayderlər sırasında idiz. Sizcə, belə pis start olmasaydı, “Qarabağ”ı keçə bilərdizmi" sualına İaşvilinin cavabı belə olub: "Həqiqətən də belə pis başlamağımız qəribə idi. İlk 6 oyunda cəmi 1 matçda qalib gəlib, 5 görüşdə uduzduq. Əgər startda belə zəif çıxış etməsəydik, həqiqətən də çempion ola bilərdik. Lakin ümumilikdə mövsüm yaxşı alındı".
 
Hücumçu Azərbaycan və Gürcüstan çempionatlarının səviyyəsini müqayisə edib: "Təəssüf ki, fərq böyükdü. Azərbaycanda daha çox legioner var. Bu da klubların maliyyə durumu ilə bağlıdı. Onlar bu məsələdə Gürcüstan klublarından üstündü. Stadion problemi də həll olunmaqdadır. Son vaxtlar yaxşı arenaların sayı artmaqdadı".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər