"Barselona"nın vingeri Lamin Yamal şəxsi həyatından danışıb.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçunun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"Aşpazlıq kursunu atmışam, çünki həqiqətən mənlik deyildi. Bu işdə pis idim, çox pis. Ən yaxşı halda, sizə kartofdan naggets hazırlaya bilərəm.
Boş vaxtım olanda başqa 18 yaşlılar nə edirsə, mən də onu edirəm: dostlarımla danışıram, qardaşımla vaxt keçirirəm, "PlayStation" oynayıram, gəzirəm... Belə... Dostlarımla vaxt keçirməyə və öz həyatımı yaşamağa çalışıram. Yalnız futbola köklənmək istəmirəm, amma matçlardan öncə mənə qarşı çıxış edəcək müdafiəçilərin oyununu izləyirəm. Hər günümdən zövq almağa can atıram. Meydanda hər şeyimi qoyuram, meydandan kənarda isə futboldan maksimal dərəcədə uzaqda olmaq istəyirəm".
Nihat