"Məşq prosesimiz maraqlı və zövqlü keçir. Mövsümün ikinci hissəsinə səylə hazırlaşırıq. Komandamıza yeni futbolçular da qatılıb. İnanıram ki, onlar da heyətimizə tam adoptasiya olaraq hədəflərimizə çatmaqda yardımlarını əsirgəməyəcəklər. Qarşıda hələ 5 sınaq oyunumuz var. Bu matçlar hazırlığımızın istidiyimiz səviyyəyə çatmasında önəmli rol oynayacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücümçusu Daniel Subotiç Antalya toplanışını və komandanın hazırlıqları barədə fikirlərini açıqlayarkən deyib.
O, mövsümün ilk yarısında komandanın yaxşı çıxış etdiyini və ikinci hissənin uğurlu keçəcəyinə inandığını bildirib. Subotiç heyətdəki futbolçuların yüksək nəticlər qazanmağa qadir olduqlarını vurğulayıb: "İstər oyun, istərsə də nəticə baxımından, mövsümün ilk yarısını müsbət qiymətləndiririəm. Bizim üçün mövsümü ən azından liderlər üçlüyündə tamamlamaq vacibdi. Üç yerdən hansında olacağımızı isə vaxt göstərəcək. Fərdi baxımdan futbolçularımız Azərbaycanda ən yaxşılardandı. Belə futbolçularla istənilən nəticəni qazanmaq olar. Komanda oyunumuzu nizamlamaqla stabil-yaxşı çıxışımızı təmin edə bilərik".
Fanat.az