Qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Fanat.az xəbər verir ki, “Azəryol” klubu bu gün "Fənərbaxça"nı qəbul edib.
İstanbuldakı ilk oyunda 0:3 hesabı ilə yenilən Bakı klubu evdə də heç nəyə nail ola bilməyib. "Fənərbaxça" yenə quru hesabla qələbəyə sevinib - 3:0.
CEV kuboku
Yarımfinal
Cavab maçtı
1 mart
Azəryol (Azərbaycan) - Fənərbaxça (Türkiyə) 0:3 (8:25; 17:25; 17:25)
Hakimlər: İqor Porvaznik (Slovakiya), Tomas Murulo (Estoniya).
Bakı, Voleybol Mərkəzi.
Fanat.az