“Valensiya”nın müdafiəçisi Joau Kanselu İngiltərə çempionatına yollanacaq. Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” arxa xətt oyunçusuna göz dikib.
Kanselunu yanvarda “yarasalar”dan qoparmaq istəyən “zadəganlar” yayadək gözləmək məcburiyyətində qalıb. Belə ki, “Valensiya” rəhbərliyi onu yalnız mövsümün sonunda sata biləcəklərini açıqlayıb.
“Barselona”nın da Portuqaliya millisinin üzvünü sıralarında görmək istəyini nəzərə alsaq, londonluların işinin asan olmayacağı dəqiqdi.
Kanselu bu mövsüm “yarasalar”ın formasıyla 22 oyun keçirib, 3 sarı vərəqə alıb və 1 qol ötürməsi verib. “Transfermarkt” portalı müdafiəçiyə 15 milyon avro qiymət qoyub. Joaunun hazırkı klubuyla olan müqaviləsinin müddəti 2021-ci ilə qədərdi.
Fanat.Az