"Çelsi"nin yeni baş məşqçisinin adı müəyyənləşdi

"Çelsi"nin yeni baş məşqçisinin adı müəyyənləşdi
"Çelsi" mövsümün sonunda Quus Hiddinklə yollarını ayıracaq. Fanat.az xəbər verir ki, bu barədə İngiltətə mətbuatı məlumat yayıb.
Joze Mourinyonun gedişindən sonra komandanın başına gətirilən holland mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. İddiaya görə, "Çelsi" son 10 oyunda məğlubiyyət üzü görməsə də, Hiddink komandadan göndəriləcək.
Goal.com-un əldə etdiyi məlumata görə, Roman Abramoviç komandanı Antonio Konteyə gətirəcək. İtaliya millisinə başçılıq edən mütəxəssis Avropa çempionatı bitən kimi istefa verəcək və "Çelsi"yə keçəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər