"Çelsi"nin yeni baş məşqçisinin kimliyi açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, klub rəhbərliyi İtaliya yığmasının çalışdırısıcı Antonio Konte ilə anlaşıb. Anlaşmanın müddəti 3 ildi.
Konte İtaliya millisindəki işini davam etdirəcək. O, "AVRO-2016" başa çatandan sonra "Çelsi"yə rəhbərlik etməyə başlayacaq.
Yeni baş məşqçi ilk açıqlamasını da verib: "Çelsi"də işləmək şansı qazandığım üçün çox xoşbəxtəm. Azarkeşlərin dəstəyi və mənim istəyimlə İtaliyadakı uğurları davam etdirəcəm".
Fanat.az