"Çelsi"nin yeni baş məşqçisi açıqlandı

"Çelsi"nin yeni baş məşqçisi açıqlandı
"Çelsi"ni gələn mövsüm Antonio Konte çalışdıracaq. Fanat.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Roman Abramoviçin sahibi olduğu klub İtaliya millisinin 48 yaşlı çalışdırıcısı ilə anlaşıb. Konte Avropa çempionatından sonra 3 illik müqaviləyə imza atacaq və ildə 18 milyon avro maaş alacaq.
Qeyd edək ki, "Çelsi"yə Joze Mourinyonun istefasından sonra Quus Hiddink başçılıq edir. İngiltərə mətbuatının məlumatına görə, mövsümün sonunadək müqavilə imzalanmış holland mütəxəssis yayda London klubundan ayrılacaq. Bir müddət əvvəl İngiltərə mətbuatı Abramoviçin "Atletiko"nun baş məşqçisi Dieqo Simeone ilə anlaşdığını iddia etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər