Gələn mövsüm "Çelsi"ni çalışdıracağı deyilən Antonio Kontenin transfer siyahısı yavaş-yavaş müəyyənləşir. Fanat.az xəbər verir ki, italyan mütəxəssisin "Roma"nın iki üzvünü komandasında görmək istədiyi iddia olunub.
Deyilənə görə, Konte Radya Nainqqolan və Kostas Manolasın transferini istəyib. "Çelçi"nin bu iki futbolçu üçün "Roma"ya 45 milyon funt-sterlinq təklif etdiyi deyilir.
Qeyd edək ki, Radya Nainqqolan 2014-cü ildə "Kalyari"dən "Roma"ya 15 milyon avroya transfer edilib. Cari mövsümdə 36 rəsmi oyuna çıxan 27 yaşlı belçikalı yarımmüdafiəçi 3 qol vurub.
Kostas Manolas isə 2014-cü ildə "Olimpiakos"dan "Roma"ya 13 milyon avroya keçib. 24 yaşlı yunan mərkəz müdafiəçisi bu mövsüm 38 rəsmi oyuna çıxıb və bir qol vurub.
Fanat.az