"Çelsi"nin futbolçusu Məhəmməd Salah hərbi xidmətə çağırılıb. Fanat.az xəbər verir ki, Misir hökuməti 22 yaşlı yarımmüdafiəçini əsgər aparmaq istəyir.
Salah Misirə dönsə, 12-36 ay aralığında hərbi xidmət keçməlidi. Futbolçu ölkənin Təhsil Nazirliyi tərəfindən dəstəklənən proqrama qoşularaq, hərbi xidmətə yollanmaqdan xilas olmuşdu. Lakin məktəbdən kənarlaşdırılan Salahın əsgərlik məsələsi yenidən gündəmə gəlib. Onun hansı qərarı verəcəyi bilinmir.
Qeyd edək ki, qışda "Bazel"dən "Çelsi"yə keçən Saalah 12 oyunda 2 qol vurub. O, Misir yığmasında keçirdiyi 29 oyunda 17 dəfə fərqlənib.
Fanat.az