“Zenit” “Çelsi”dən ayrılan Branislav İvanoviçin transferini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, məlumat Peterburq klubunun rəsmi saytında yerləşdirilib.
Öncədən deyildiyi kimi, ruslar serb müdafiəçiylə 2,5 illik müqavilə bağlayıb. Müddətin gələcəkdə daha 1 il uzadılması da nəzərdə tutulub.
İvanoviç “zadəganlar”ın sıralarına 2008-ci ildə qoşulmuşdu. İngiltərəyə Moskva “Lokomotiv”indən gedən arxa xətt oyunçusu “Çelsi”də 376 oyunda forma geyib və bu görüşlərdə 34 qol vurmağı bacarıb.
“Transfermarkt” portalı Branislava 10 milyon avro qiymət qoyub.
Fanat.Az