"Çelsi"nin futbolçusu öldü

"Çelsi"nin futbolçusu öldü
"Çelsi"nin sabiq futbolçusu Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.Fanat.az xəbər verir ki, 23 yaşlı futbolçu Cordan Tabor Antalya şəhərində bir otelin 3-cü mərtəbəsindən yıxılıb. İngiltərə mətbuatında yayılan məlumata görə, Tabor tətil üçün Antalyaya getmişdi.Taborun səhər saat 6-da otel işçiləri tərəfindən cansız bədəni aşkarlanıb. Gənc oyunçunun eyvandan düşdüyü zənn edilir."Çelsi" klubu hadisə ilə bağlı başsağlığı verib: "Klubumuzdakı hər kəs bu ölüm xəbəriylə böyük bir şok keçirib. Hər birimiz dərin bir kədər hissi yaşayırıq. Bütün ürəyimiz sabiq futbolçumuzun ailəsi və yaxınlarıyla birlikdədir", - deyə klubdan bildirilib. Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər