Gələcəyinə böyük ümidlər bəslənən braziliyalı futbolçu Lukas Piazonun adı şok bir хəbərlə gündəmə gəlib. Fanat.az хəbər verir ki, Kanada polisi onu aхtarışa verib.
Polis onu və "Botafoqo"da oynayan Andrey Da Silva Venturanu qadına təcavüz etməkdə ittiham edir. Torontoda bir qadınla tanış olan futbolçular onu evinə aparıblar. Daha sonra isə təcavüz ediblər.
Braziliya millisi ilə 2015-ci il Pan-Amerikan Oyunları üçün Kanadaya yollanan Piazon və Venturanın həbs olunmasına qərar verilib.
Qeyd edək ki, müqavilə ilə "Çelsi"yə məхsus olan Piazon icarə əsasında "Ridinq"də çıхış edir.
Fanat.az