"Çelsi"nin Droqba lənəti: FİASKO

"Çelsi"nin Droqba lənəti: FİASKO
Roman Abramoviçin 2003-ü ildə satın aldığı "Çelsi" həmin vaxtdan 12 ulduz futbolçunu heyətinə qatıb. Lakin 11 ildi Didye Droqba istisna olmaqla bu futbolçulardan heç bir komandanın qol yükünü tam anlamı ilə öz üzərinə götürə bilməyib. Bunun nəticəsidi ki, Joze Mourinyo bu gün "Dünya səviyyəli ulduzumuz yoxdu" deyir.
"Çelsinin lənəti" adı verilən bu uğursuzluğun əsası Abramoviç klubu satın aldıqdan həmən sonra qoyulub. 26 milyon avroya "İnter"dən alınan Ernan Krespo 71 matçda cəmi 25 qola imza atıb. "Parma"dan 19 milyon avroya transfer olunan Adrian Mutu 34 oyunda 7 qol vuraraq "Çelsi" macərasına son qoyub.
Bu cütlükdən gözlənən nəticəni ala bilməyən Abramoviç növbəti mövsümdə qısa zamanda komandanın əfsanələri arasına adını yazdıran Didye Droqbanı 37 milyon avro qarşılığında Marsel "Olimpik"indən transfer edib. Afrikalı forvard "mavi" formanı geyindiyi 341 oyunda 157 qol vuraraq, komandaya Çempionlar Liqasını qazandıran simalardan biri olub. Onunla eyni mövsümdə heyətə qatılan Matey Kejman və Aryen Robben isə gözlənilən performansı sərgiləyə bilməyib. Kejman 39 oyunda 6, Robben isə 104 matçda 18 qola imza atıb.
Ulduz forvard transferindən vaz keçməyən rus iş adamını 46 milyon avro qarşılığında "Milan"dan aldığı Andrey Şevçenko da xəyal qırıqlığına uğradıb. "Çelsi" forması ilə meydana çıxdığı 77 oyunda cəmi 22 qola imza atan ukraynalı gözlənilən oyunu sərgiləyə bilməyib. 
Hücumçu problemini həll etmək istəyən "Çelsi" Nikolas Anelka və Klaudio Pizarrodan da istədiyi nəticəni almayıb. Anelka 184 oyunda 59, Pizarro isə 32 matçda 2 qola imza atıb.
Hazırda "Liverpul"da çıxış edən və sərgilədiyi oyunla özündən söz etdirən Daniel Sturridgenin də London karyerası alınmayıb. "Mavi" formanı 96 dəfə geyinən gənc forvard cəmi 24 qola imza atıb.
58.5 milyon avroya "Liverpul"dan alınan Fernando Torres də "Çelsi lənəti"ndən qurtula bilməyib. London klubunda 166 oyun keçirən ispan forvard cəmi 43 qola imza atıb.
Son olaraq Demba Ba və Samuel Eto`Onu heyətə qatan "Çelsi" yenə istəyinə nail olmayıb. Ba bu komandada keçirdiyi 45 oyunda 12, Eto`O 32 matçda 11 dəfə fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər