İngiltərə Premyer Liqasında növbəti turun oyunları rekordla əlamətdar olub.
Fanat.Az xəbər verir ki, Londondakı "Stamford Bric" stadionunda "Bornmut"la oyun 3:0 hesabı ilə "Çelsi"nin qələbəsi ilə başa çatıb. Komandanın qalibiyyət qollarını oyunun 24 və 90+3 dəqiqələrində Pedro Rodriqes, 49-cu dəqiqədə Eden Hazard vurublar.
Bununla da "Çelsi" tarixində ilk dəfə 12 matç ardıcıl qələbə qazanıb. Komanda bu 12 tur ərzində qapısında cəmi 2 qol görüb. "Çelsi"nin rəqibləri 10 oyunda onun qapısına yol tapa bilməyiblər.
Komanda sonuncu dəfə 2008-2009-cu illərdə rekord göstəriciyə imza atmışdı. Belə ki, həmin illər "Çelsi" dalbadal 11 matç qələbə qazanmışdı.
Fanat.Az