"Çelsi"dən şok təklif

"Çelsi"dən şok təklif

"Çelsi" David Luisi geri qaytarmaq istəyir. Fanat.Az xəbər verir ki, London klubu PSJ-də forma geyinən 29 yaşlı braziliyalı müdafiəçi üçün qarşı tərəfə rəsmi təkliflə müraciət edib.

Lakin klubun təklifini Avropa mediası "Çelsi"dən şok təklif" başlığı ilə yayımlayıb. Çünki Premyer Liqa təmsilçisi 2014-cü ildə 58,7 milyon avroya satdığı futbolçu üçün indi qarşı tərəfə cəmi 37,5 milyon avro təklif edir. 

Məlumata görə, hazırda tərəflər arasında danışıqlar prosesi davam edir. PSJ-nin "Çelsi"dən daha çox pul istdəiyi bildirilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər