"Borussiya"nın futbolçusu Henrix Mkıtaryan karyerasını İngiltərədə davam etdirə bilər. Fanat.az xəbər verir ki, Dortmund klubunun erməni üzvü "Çelsi"nin maraq dairəsindədi.
Artıq London klubunun qarşı tərəfə təklif etdiyi məbləğ də bəllidi. İddia olunur ki, "Çelsi" erməni futboçu üçün "Borussiya"ya 20 milyon funt-sterlinq (təxminən 43 milyon 172 min manat) təklif edib.
Qeyd edək ki, 2009-cu ildə "Punik"dən 350 min avroya Donetsk "Metallurq"una keçən Mkıtaryan 2010-cu ildə 5,85 milyon avroya "Şaxtyor"a transfer olunub. "Borussiya" 2013-cü ildə onu 27,5 milyon avro qarşılığında heyətinə qatıb."Transfermarkt" erməni futbolçuya 30 milyon avro qiymət qoyub. Henrix başa çatan mövsümdə 52 rəsmi oyuna çıxaraq 23 qol vurub.
Fanat.az