"Çelsi" transfer bombasını partlatmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, "Borussiya"nın (Dortmund) ulduzu Pyer-Emerik Aubameyanq London klubuna təklif olunub.
Romelu Lukaku yarışında "Mançester Yunayted"ə uduzan "Çelsi" qabonlu ulduzu heyətinə qatmaqla hücum xəttini gücləndirmək istəyir. "Sky Sports" iddia edir ki, "Borussiya" ingilislərdən bu futbolçuya görə 80 milyon avro istəyib.
Qeyd edək ki, ötən mövsüm 46 rəsmi matça çıxan qabonlu ulduz 40 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az