"Çelsi"dən 48 milyonluq transfer

"Çelsi"dən 48 milyonluq transfer
İtaliya millisinin baş məşqçisi Antonio Konte ilə anlaşan "Çelsi"nin ilk transferi A Seriyasından olacaq. Fanat.az xəbər verir ki, London klubu Qonzalo Hiquaynı heyətinə qatmağa hazırlaşır.
"Napoli"də çıxış edən argentinalı ulduzun transferini Konte istəyib. "Çelsi" Hiquayn üçün italyanlara 48 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Real" 2007-ci ildə 12 milyon avroya ayldığı Hiquaynı 2013-cü ildə 38 milyona "Napoli"yə satıb. "Transfermarkt" hazırda 28 yaşlı forvarda 60 milyon avro qiymət qoyub. Cari mövsümdə "Napoli"nin heyətində 41 rəsmi oyuna çıxan Hiquayn 35 qol vurub. A Seriyasının 34 oyununda 33 dəfə fərqlənən argentinalı bombardirlər yarışına başçılıq edir və ən yaxın izləyicisi "Milan"lı həmkarı Karlos Bakkanı 16 topla qabaqlayır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər