"Çelsi"nin transfer etmək istədiyi daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, London klubu Xalidu Kulibalini hədəfə alıb.
İddiaya görə, "Çelsi" hazırda "Napoli" ilə 24 yaşlı mərkəz müdafiəçisinin transferi ilə bağlı danışıqlar aparır. İngilislər seneqallı futbolçu üçün italyanlara 25 milyon avro təklif edir.
Qeyd edək ki, Fransada doğulmuş və bu ölkənin U-20 yığmasında çıxış etmiş, hazırda Seneqalın A millisində forma geyinən Xalidu Kulibali əvvəllər Fransanın "Metz" və Belçikanın "Genk" klublarında top qovub. "Napoli" onu "Genk"dən 7 milyon avroya transfer edib. 24 yaşlı futbolçu 2015/16 mövsümündə 42 rəsmi oyuna çıxıb.
Fanat.az