"Çelsi" müdafiəçi transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, baş məşqçi Antone Konte İtaliyadan özünə yaxşı tanış olan futbolçunun alınmasını tələb edib.
Belə ki, italyan mütəxəssis "Napoli"də forma geyinən Xalidu Kulibalinin transferini istəyib. "Çelsi"nin artıq İtaliya klubuna 60 milyon funt-sterlinqlik təklif göndərdiyi bildirilir. Bu isə hazırkı məzənnə isə 126 milyon 594 min manat deməkdi.
Qeyd edək ki, Xalidu Kulibali "Napoli"yə 2014-cü ildə "Genk"dən 7,75 milyon avroya keçib. Hazırda "Transfermarkt" ona 23 milyon avro qiymət qoyub. Fransada doğulan və bu ölkənin U-21 yığmasında çıxış edən 25 yaşlı mərkəz müdafiəçisi sonradan Seneqalın A millisində oynamağa başlayıb.
Fanat.Az