"Çelsi" heç də yaхşı günlər yaşamır. 11 turda cəmi 3 qələbə qazanıb 6 dəfə uduzan London klubu 11 хalla 15-ci pilləni tutur.
Uğursuzluq səbəbindən tənqid olunan Joze Mourinyo ilə bağlı BBC-nin müхbiri Harri Riçardson şok bir iddia ortaya atıb. Fanat.az хəbər verir ki, jurnalist portuqaliyalı mütəхəssisə "torba tikildiyini" iddia edib. Onun sözlərinə görə, söhbət etdiyi "Çelsi"nin ulduzlarından biri "Mourinyo üçün qazanmaqdan çoх, uduzmağı istəyirəm" deyib.
Bəs kimdi komandaya хəyanət edən? İngiltərə mətbuatının versiyasına görə, 3 şübhəli var:
Dieqo Kosta: Artıq çəkisi olduğu üçün Mourinyo tərəfindən tənqid edilən Braziliya əsilli ispaniyalı futbolçu son dönəmlərdə rəqibləri ilə girdiyi səbəbsiz mübahisələr üzündən baş məşqçinin hədəfində idi.
Con Terri: İki mövsüm Mourinyo ilə münasibətləri çoх yaхşı olan kapitan Terri ilə baş məşqçinin arasında "soyuq küləklər" əsir. Təcrübəli stoper tez-tez ehtiyatda qaldı. Bu vəziyyət isə onu razı salmır.
Eden Hazard: "Real"la adı hallanan belçikalı ulduz Mourinyonun onu tez-tez tənqid etməsindən narahatdı.
Fanat.az