Bu gecə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Şalke 04"lə qarşılaşacaq "Çelsi" meydana tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Fernando Torres zədə səbəbindən Bakı vaxtı ilə saat 23.45-də başlayacaq matçı buraxacaq.
Müalicəsi bu gün başlayacaq ispan forvard təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, milli oyunlara görə çempionatlarda yaranan fasilədən sonra - noyabrın 23-də "Vest Hem"lə keçiriləcək oyunda meydana dönəcək.
Baş məşqçi Joze Mourinyo Torresin yoxluğunda hücumda Samuel Eto`O - Demba Ba cütlüyünə şans verəcək. "Anji"dən transfer olunan Samuel cari mövsümdə bir qol vurubsa, Demba Ba hələ fərqlənə bilməyib.
Fanat.az