"Çelsi"də misirli qapıçı

"Çelsi"də misirli qapıçı

Heyətinə üçüncü qapıçını qatmaq istəyən "Çelsi" Misirə üz tutub. Fanat.az xəbər verir ki, London klubu Misirin "Zamalek" klubunda çıxış edən Əhməd Əl-Şenavini heyətinə qatmaq istəyir.

Əhməd Əl-Şenavi 2014-cü ildə "Əl Masri" klubundan "Zamalek"ə 600 min avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 2 milyon avro qiymət qoyur. O, 18 oyunda Misir millisinin formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər