"Real" və "Çelsi" arasında əsrin dəyişikliyi baş tuta bilər. Fanat.az xəbər verir ki, İspaniya və İngiltərə klublarının iki ulduz futbolçunu dəyişdirməsi gündəmə gəlib.
Belə ki, "Real" Eden Hazardı transfer etmək istəyir. "Kral Klubu" bu transferin qarşılığında Ceyms Rodrigesi ingilislərə təklif edib. "Çelsi" təklifi qəbul etməsə, "Real" kolumbiyalı ulduzla bərabər müəyyən məbləğdə pul da təklif edəcək.
Qeyd edək ki, Eden Hazard 2007-ci ildə "Lill"dən "Çelsi"yə 40 milyon avroya transfer olunub. Belçika millisinin üzvü London klubunun heyətində 145 rəsmi oyuna çıxıb və 51 qol vurub. 25 yaşlı yarımmüdafiəçi bu mövsüm qol vurmaqda çətinlik çəkir. Belə ki, 38 rəsmi oyunda cəmi iki dəfə fərqlənib. Hazar həmin qolları Federasiya Kubokunda vurub.

Ceyms Rodriges 2007-2014-cü illərdə Kolumbiyanın "Envigado", Argentinanın "Banfield", Portuqaliyanın "Portu" və Fransanın "Monako" klublarında çıxış edib. "DÇ-2014"də 6 qolla bombardir olan və 1/4 finaladək irəliləyən Kolumbiya yığmasının heyətindəki oyunu ilə məşhurlaşan 24 yaşlı yarımmüdafiəçi "Monako"dan "Real"a 80 milyon avroya transfer olunub. O, "Kral Klubu"nun heyətində 68 rəsmi oyuna çıxıb və 23 qola imza atıb. Cari mövsümdə 22 rəsmi oyun keçirən Rodriges 6 dəfə fərqlənə bilib.

Fanat.az