Joze Mourinyonu geri qaytarıb heyətdə gəncləşdirmə siyasətinə başlayan "Çelsi" 2014/15 mövsümünün transfer çalışmalarına erkən başlayıb. Fanat.az xəbər verir ki, London klubu "Portu"dan Nikolas Otamendini heyətinə qatıb.
25 yaşlı argentinalı müdafiəçi gələn mövsümdən "Çelsi"nin formasını geyinəcək. "Marka"nın xəbərinə görə, "Barselona" və "Milan"ın da istədiyi futbolçu üçün ingilislər 20 milyon avrodan keçib.
Qeyd edək ki, 2010-cu ildə "Portu"nun "Velez Sarsfield"dən 3.5 milyon avroya transfer etdiyi Otamendi Portuqaliyada 64 oyun keçirərək 6 qol vurub. O, 2009-cu ildən çağırıldığı Argentina millisində meydana çıxdığı 15 oyunda 1 qola imza atıb.