Hücum xəttindən razı olmayanan "Çelsi"nin baş məşqçisi Joze Mourinyo qış fasiləsində məşhur bir forvardı heyətə qatmaq istəyir. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Qonzalo Hiquaynı hədəfə alıb.
Bu barədə İtaliyanın "Corriere Dello Sport" qəzeti məlumat yayıb. İddiaya görə, Mour "Real"da rəhbərliyi altında oynamış, hazırda "Napoli"nin formasını geyinən argentinalı forvardın transferini rəhbərlikdən istəyib. Yazılanlara inansaq, "Çelsi" yayda 40 milyon avroya "Real"dan İtaliya klubuna keçən Hiquayn üçün 60 milyon avro təklif edəcək.
Qeyd edək ki, argentinalı bu mövsüm "Napoli"də 26 oyun keçirib və 13 qol vurub.
Fanat.az