"Çelsi"də top qovan Fernando Torres zədələnib. Fanat.az xəbər verir ki, ispaniyalı futbolçu "Steaua" (0:4) keçirilən səfər matçında zədələnib.
Qarşılaşmanın start heyətində meydana çıxan Torres matçın 11-ci dəqiqəsində zədələnərək yerini Samuel Etoya vermişdi. Klubun rəsmi internet səhifəsində verilən məlumatda futbolçunun 3 həftə meydana çıxmayacağı bildirilib.