"Çelsi" "Lester"lə İngiltərə çempionu olan Nqolo Kantenı heytinə qatır. Fanat.az xəbər verir ki, fransız futbolçu klubunun yeni müqavilə təklifindən imtina edib.
Məlumata görə, artıq Kante "Çelsi" ilə razılığa gəlib. 25 yaşlı yarımmüdafiəçinin artıq tibbi müayinədən keçdiyi də deyilir.
Qeyd edilir ki, "Çelsi" bu transferə görə "Lester"ə 36 milyon arvo ödəyəcək. Keçid reallaşsa, Kante "Çelsi" tarixinin ikinci ən bahalı transferi olacaq. Ən bahalı transfer Fernando Torres hesab olunur. "Çelsi" onu "Liverpul"dan 60 milyon avroya almışdı.
Qeyd edək ki, Kante 2015-ci ildə "Kann"dan "Lester"ə 9 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 20 milyon avro qiymət qoyduğu fransalı futbolçu ötən mövsüm meydana çıxdığı 40 oyunda 1 qol vurub.
Fanat.az