"Çelsi" "Leyçester"in heyətinə göz dikib

"Çelsi" "Leyçester"in heyətinə göz dikib
"Çelsi"nin yayda heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, London klubu "Leyçester"dən N`Golo Kanteni hədəfə alıb.
Amma 24 yaşlı yarımmüdafiəçinin müştəriləri daha çoxdu. Onu "Arsenal" və "Yuventus"un da istədiyi deyilir.
Qeyd edək ki, "Leyçester" N`Golo Kanteni ötən yay "Kan"dan 9 milyon avroya alıb. O, bu mövsüm Premyer Liqada özündən söz etdirən klubun heyətində 33 oyunda 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər