"Sauthempton"un müdafiəçisi Virgil van Deyk "Çelsi"nin transfer hədəfinə çevrilib. Fanat.Az "Tayms" (The Times) nəşrinə istinadən xəbər verir ki, İngiltərə çempionu hollanda görə 50 milyon funt-sterlinq xərcləməyə hazırdı.
"Zadəganlar" transferi yeni mövsümün startına qədər həll etməkdə maraqlıdı. Ancaq "Sauthempton"un məşqçilər korpusu komandanın ən yaxşı arxa xətt oyunçusundan asanlıqla vaz keçmək niyyətində deyil. Mənbə rəhbərliyin 26 yaşlı hollandı daha yaxşı para qarşılığında satacağını vurğulayıb. Bu isə o deməkdi ki, "Çelsi"nin idarəçiləri 50 milyonluq təklifi bir qədər də artıra bilər.
Qeyd edək ki, Hollandiya yığmasının üzvüylə "Liverpul" da yaxından maraqlanır.
Fanat.Az