"Çelsi" Hazardı satır - 100 milyona

"Çelsi" Hazardı satır - 100 milyona
"Çelsi" Eden Hazardı sata bilər. Fanat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddiaya görə, Avropa çempionatından sonra komandanı çalışdıracaq Antoni Konte bu barədə qərar verib. Yeni baş məşşqçi belçikalı ulduza 100 milyon avroluq təklif gələcəyi halda satılmasını istəyib. Onun xidmətində "Real"ın maraqlı olduğu bildirilir.
Qeyd edək ki, Hazard "Çelsi"yə 2012-ci ildə "Lill"dən 40 milyon avroya transfer edilib. 25 yaşlı belçikalı futbolçu Premyer Liqada 26 oyun keçirsə də, qol vura bilməyib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər