"Çelsi" göndərdiyi futbolçunu 25 milyona aldı

"Çelsi" göndərdiyi futbolçunu 25 milyona aldı

"Çelsi" qış transfer pəncərəsinin ilk keçidini reallaşdırmağa hazırlaşır. Fanat.az xəbər verir ki, İngiltərə mətbuatı London klubunun "Benfika"dan Nemanya Matiçlə anlaşdığını iddia edib. Məlumata görə, "Çelsi" bu transfer üçün Portuqaliya klubuna 25 milyon avro verəcək.

Maraqlıdı ki, Matiç "Çelsi"dən "Benfika"ya gedib. London klubu 2011-ci ildə serb yarımmüdafiəçini David Luizin transferi qarşılığında portuqaliyalılara verib. İngilislilər onunla yanaşı, "Benfika"ya 30 milyon avro da vermişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər