Çempionlar Liqasında V turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu gecə 4 qrupda 8 oyun baş tutub.
E qrupunda artıq liderliyi və növbəti mərhələyə vəsiqəni təmin edən "Bavariya" qələbəyə həsrət qalan "Mançester Siti"inin qonağı olub. 5 qolun vurulduğu oyunda ingilislər 3:2 hesablı qələbə qazanıb. ÇSKA - "Roma" isə "sülh"lə başa çatıb - 1:1. Bu nəticələrdən sonra 1/8 finala və Avropa Liqasına vəsiqənin taleyi son tura qalıb.
F qrupunda bu tura qədər mərhələ adlayan hər iki komanda bəlli idi. Belə ki, artıq PJS və "Barselona" birinci pillə uğrunda yarışır. Kataloniyalılar APOEL-i 4:0 hesabı ilə darmadağın edib, PSJ "Ayaks"ı 3:1 hesabı ilə yenib. Birinci pillənin və Avropa Liqasına vəsiqənin sahibi son turda bilinəcək.
G qrupunda "Şalke 04"lə "Çelsi" Almaniyada üz-üzə gəlib. İngiltərə klubu səfər oyununda 5:0 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqəni və birinci yeri təmin edib. Qrupun digər oyunu "Sportinq" "Maribor"u 3:1 hesabı ilə yenərək ikinci pilləyə yüksəlib.
H qrupunda bu tura qədər 1/8 finala vəsiqəni təmin etmiş "Portu" BATE-nin qonağı olub və 3:0 hesablı qələbə qazanaraq birinci pilləni özü üçün təmin edib. Portuqaliya klubu bu qələbə ilə həm də "Şaxtyor"u növbəti mərhələyə çıxarıb. Belə ki, Ukrayna təmsilçisi evdə "Atletik"ə yenilsə də, BATE uduzduğu üçün ikinci pilləni təmin edib.
Qeyd edək ki, "Bavariya", PSJ, "Barselona", "Çelsi", "Portu" və "Şaxytor"dan başqa "Real"la "Borussiya" (Dortmund) 1/8 finala vəsiqəni təmin edib.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 25 noyabr
E qrupu
ÇSKA (Moskva, Rusiya) - Roma (İtaliya) 1:1
Qollar: Vasili Berezutski, 90+3 - Françesko Totti, 43.
Mançester Siti (İngiltərə) - Bavariya (Almaniya) 3:2
Qollar: Serxio Aquero, 22-pen; 85; 90+1 - Xabi Alonso, 40. Robert Levandovski, 45.
Qırmızı vərəqə: Medhi Benatia, 20 (Bavariya).
| 1 | Bavariya | 5 | 4 | 0 | 1 | 13:4 | 12 |
| 2 | Mançester Siti | 5 | 1 | 2 | 2 | 7:8 | 5 |
| 3 | Roma | 5 | 1 | 2 | 2 | 8:12 | 5 |
| 4 | ÇSKA | 5 | 1 | 2 | 2 | 6:10 | 5 |
F qrupu
APOEL (Cənubi Kipr) - Barselona (İspaniya) 0:4
Qollar: Luis Suares, 27. Lionel Messi, 38; 58; 87.
Qırmızı vərəqələr: Joao Quylherme, 84 (APOEL) - Rafinya, 70 (Barselona).
PSJ (Fransa) - Ayaks (Hollandiya) 3:1
Qollar: Edinsin Kavani, 33; 83. Zlatan İbrahimoviç, 79 - Davi Klaassen, 67.
| 1 | PSJ | 5 | 4 | 1 | 0 | 9:4 | 13 |
| 2 | Barselona | 5 | 4 | 0 | 1 | 12:4 | 12 |
| 3 | Ayaks | 5 | 0 | 2 | 3 | 4:40 | 2 |
| 4 | APOEL | 5 | 0 | 1 | 4 | 1:8 | 1 |
G qrupu
Şalke 04 (Almaniya) - Çelsi (İngiltərə) 0:5
Qollar: Con Terri, 2. Villian, 29. Jan Kirçoff, 44 (avtqol). Didye Droqba, 76. Ramires, 78.
Sportinq (Portuqaliya) - Maribor (Sloveniya) 3:1
Qollar: Aleş Meyaç, 10 (avtoqol). Nani, 35. İslam Slimani, 65 - Cefferson, 42 (avtoqol).
| 1 | Çelsi | 5 | 3 | 2 | 0 | 14:2 | 11 |
| 2 | Sportinq | 5 | 2 | 1 | 2 | 11:9 | 7 |
| 3 | Şalke 04 | 5 | 1 | 2 | 2 | 8:14 | 5 |
| 4 | Maribor | 5 | 0 | 3 | 2 | 4:12 | 3 |
H qrupu
BATE (Belarus) - Portu (Portuqaliya) 0:3
Qollar: Hektor Herrera, 56. Cekson Martines, 65. Kristian Tello, 89.
Şaxtyor (Ukrayna) - Atletik (İspaniya) 0:1
Qol: Mikel San Xose, 68.
| 1 | Portu | 5 | 4 | 1 | 0 | 15:3 | 13 |
| 2 | Şaxtyor | 5 | 2 | 2 | 1 | 14:3 | 8 |
| 3 | Atletik | 5 | 1 | 1 | 3 | 3:6 | 4 |
| 4 | BATE | 5 | 1 | 0 | 4 | 2:22 | 3 |
Fanat.az