"Çelsi" çinliləri təhqir edən futbolçusunu qovdu - FOTO

"Çelsi" çinliləri təhqir edən futbolçusunu qovdu - FOTO

Çində təlim-məşq toplanışında olan "Çelsi"nin rəhbərliyi gənc futbolçusu Kennedini İngiltərəyə göndərib.

 

Fanat.Az xəbər verir ki, buna səbəb 21 yaşlı futbolçunun toplanış zamanı çinlilərə yönəlik irqçi və aşağılayıcı ifadələr işlətməsi olub. Kennedinin sosial mediada paylaşımları üçün Çin xalqından üzr diləyən rəhbərlik bununla da kifayətlənməyərək futbolçunu toplanışdakı heyətdən çıxarıb. İngiltərəyə qayıdan futbolçu dilinin bəlasına düşdüyünü bildirib. 

 

Heç kimi aşağılamaq fikri olmadığını bildirən Kennedi işlətdiyi ifadələrin öz dilində təhqir olmadığını söyləyib.

"Çelsi" çinliləri təhqir edən futbolçusunu qovdu - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər