"Çelsi" Edinson Kavanini istəyir. Fanat.az xəbər verir ki, artıq London klubunun uruqvaylı futbolçu üçün PSJ-yə təklif göndərdiyi bildirilir.
Deyilənə görə, "Çelsi" bu transfner üçün 50 milyon avro təklif edib. Lakin PSJ 80 milyon istəyir. Tərəflər arasında müzakirələr davam edir.
Qeyd edək ki, PSJ Kavanini 2013-cü ildə "Napoli"dən 64,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 37 milyln avro qiymət qoyub. Ötən mövsüm 52 rəsmi oyuna çıxan 29 yaşlı forvard 25 qol vurub.
Fanat.az