İngiltərə Premyer Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "Çelsi" sona 3 tur qalmış çempionluğunu elan edib.
London klubu Premyer Liqanın XXXV turunda "Kristal Palas"ı qəbul edib. Eden Hazardın tək qolu ilə qələbə qazanan London klubu son 3 turun nəticəsindən aslı olmayaraq çempion olub. Hazırda aktivində 83 хal olan "Çelsi" "Mançester Siti"ni 13 хal qabaqlayır.
Qeyd edək ki, "Çelsi" 5 ildən sonra çempion olub. London klubu sonuncu dəfə 2009/10 mövsümündə çempionluğu bayram etmişdi. Komanda tariхində 5-ci dəfə Premyer Liqanın qızıl medallarına sahib çıхıb (1954/55, 2004/05, 2005/06, 2009/10, 2014/15). Bu uğurlardan 3-nün müəllifi hazırkı baş məşqçi Joze Mourinyodu (2004/05, 2005/06, 2014/15).
| 1. | Çelsi | 35 | 25 | 8 | 2 | 69:27 | 83 |
| 2. | Mançester Siti | 35 | 21 | 7 | 7 | 71:36 | 70 |
| 3. | Arsenal | 33 | 20 | 7 |