"Çelsi" 40 milyon verdi, onlar "yox" dedi

"Çelsi" 40 milyon verdi, onlar "yox" dedi

"Çelsi"nin Andre Qomesi transfer etmək istəyi baş tutmayıb. Fanat.az xəbər verir ki, "Valensiya" London klubunun təklifini qəbul etməyib.

"Çelsi" portuqaliyalı yarımmüdafiəçi üçün qarşı tərəfə 40 milyon avroluq təklif göndərib. Amma ispanlar bu təkliflə razılaşmayıb. Andre Qomesin xidmətində "Barselona", "Yuventus" və "Mançester Yunayted"in maraqlı olduğu deyilir.

Qeyd edək ki, "Valensiya" Andre Qomesi 2015-ci ildə "Benfika"dan 15 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 20 milyon avro qiymət qoyduğu 22 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümdə oynadığı 41 oyunda 5 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər