"Bütün Azərbaycan üçün oynayacağıq"

"Bütün Azərbaycan üçün oynayacağıq"

“İlk oyunda yaxşı nəticə qazandıq. Amma bizi daha bir 90 dəqiqə gözləyir”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Admir Teli deyib.

 

Alban futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsinin Malta “Valletta”sı ilə sabah keçiriləcək cavab oyunu ərəfəsində baş tutan mətbuat konfransında danışıb: “Biz bütün Azərbaycan üçün oynayacağıq. Çünki “Qarabağ” indi yalnız Qarabağı yox, bütün ölkəni təmsil edir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İlk matçda topa sahib olmaq istədik. Heç də hər şey istədiyimiz kimi alınmadı, çatışmazlıqlar oldu. İlk görüşümüz idi, səhvlər bundan irəli gəldi. Cavab matçında hər şey qaydasında olacaq. Maksim Medvedev və kapitanımız Rəşad Sadıqovun olmaması itkidi. Amma bu itkiləri sabah hiss etdirməməyə çalışacağıq”.

 

Fanat.az 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər