"Belə olmalı deyildi" - Roman Qriqorçuk

"Belə olmalı deyildi" - Roman Qriqorçuk
Roman Qriqorçuk "Rəvan"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi 1:0 hesablı qələbə qazandıqları oyunla bağlı bunları deyib: 
"Xal itirməyə ixtiyarımız yoxdu. Qalib gəldiyimiz üçün sevincliyik. İlk hissəsə meydana uyğunlaşmağımız zaman aldı. Ötürmələrin verilməsində ləngimə oldu. Halbuki belə olmalı deyildi. Biz heç hara yoxa çıxmamışdıq və itməmişdik. Mən hər oyundan sonra analiz edib, bundan nəticə çıxarırıq. Elə oyunlar olub ki, məğlub olduğumuz qarşılaşmalarda daha yaxşı oynamışıq.
Bu gün itkilərimiz var. Hamısı da bizim üçün vacib oyunçulardı. Ruslan Abışov artıq bizimlə məşqlərə başlayıb. Ancaq onu meydana buraxmağa tələsməli deyilik, özünə gəlməlidi. Rəşad Sadiqov isə bu həftə bizə qoşulacaq. O da xəstələnmişdi. Aleksey Antonov ayın 24-də ölkəyə gələcək və təkrar müayinə olunacaq. Dodo isə 10 gün ərzində geri qayıdacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər