"Bayern Münhen"in qapıçısı ağır xəstəliyə tutulduğunu bəyan etdi

"Bayern Münhen"in qapıçısı ağır xəstəliyə tutulduğunu bəyan etdi

“Bayern Münhen”in qadınlardan ibarət komandasının qapıçısı Mariya Luiza Qroxs xərçəng xəstəliyinə tutulub.

Fanat.Az “Miasanrot”a istinadən xəbər verir ki, bunu 23 yaşlı qolkiper yayımladığı videoda bəyan edib:

"Xəstəlik gözləmədiyim bir çağırışdır. Amma buradakı insanların köməyi ilə bunu dəf edəcəyimə və sağalacağıma əminəm. Münhendəki həkimlərin nəzarəti altında, ən yaxşı şəraitdə müalicə alıram. Komandamın və klubun dəstəyinə tam güvənə bilərəm".

Artıq Münhen təmsilçisi "çərçivə" qoruyucusunun cari mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini daha bir mövsümlük uzadıb. Klub prezidenti Herbert Hayner ona dəstək verəcəklərini və sağalması üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.

Qeyd edək ki, Mariya Kuiza Qroxs "Bayern"ə 2019-cu ildə “Bohum”dan transfer olunub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər