"Bayern Münhen"in futbolçusu Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.
Xəbərə görə, onun xidmətində "Əl-Hilal" maraqlıdır. Mənbə Ər-Riyad klubunun fransalı futbolçunun transferi ilə bağlı Almaniya nəhəngi ilə razılığa gəldiyini vurğulayıb. 28 yaşlı vingerin indlik ərəblərlə şəxsi müqavilə şərtlərini müəyyənləşdirmədiyi bildirilib. Komanın İngiltərə Premyer Liqası təmsilçilərindən təklif almaq istədiyi üçün gözləmə mövqeyində olduğu açıqlanıb.
Qeyd edək ki, 2017-ci ildən "Bayern"də oynayan Koman münhenlilərin yeni baş məşqçisi Vensan Kompaninin gələcək planlarına daxil deyil.