"Barselona" və "Arsenal"ın sabiq üzvü Azərbaycanda?

"Barselona" və "Arsenal"ın sabiq üzvü Azərbaycanda?
Aleksandr Qleb karyerasını Azərbaycandan davam etdirə bilər. Fanat.az xəbər verir ki, məşhur belaruslu futbolçu klublarımızdan birinə təklif olunub.
"Barselona" və "Arsenal"ın sabiq üzvünün təklif edildiyi klubun adını öyrənə bilmədik. Lakin onu da dəqiqləşdirdik ki, Qlebə Türkiyənin "Konyaspor" klubundan da təklif var. Belaruslu ulduz həftənin sonunadək qərarını verəcək.
Qeyd edək ki, karyerasına BATE-də başlayıb (1999/2000, 25 oyun, 4 qol). 2000-ci ildə "Ştutqart"a transfer olunan futbolçu Almaniya klubunun II komandasında (2000-2001, 17 oyun, 1 qol) və əsas heyətində (2000-2005, 137 oyun, 13 qol) çıxış edib. Qleb 2005-ci ildə "Arsenal"a transfer olunub və 3 il Premyer Liqa klubunda çıxış edib (89 oyun, 7 qol). 2008-ci ildə "Barselona"ya transfer olunan belaruslu ulduz 4 ildə cəmi 19 oyuna çıxıb. 2009/10 mövsümündə "Ştutqart"a (27 oyun), 2010/11-də "Birmingem"ə (19 oyun, 1 qol), 2011-də "Volfsburq"a (4 oyun, 1 qol) icarəyə verilən hücumçu 2012-də "Krılya Sovetov"a transfer olunub (8 oyun). 2012-ci ildə BATE-yə dönən Qleb 43 oyunda 3 qol vurub. Futbolçu Belurus yığmasında 64 oyun keçirib və 6 qola imza atıb.
Qleb "Arsenal"la İngiltərə Super Kubokunu, Liqa Kubokunu, Çempionlar Liqasını, "Ştutqart"la İntetoto Kubokunu, "Barselona" ilə La Liqanı, "Kral Kuboku"nu, Çemponlar Liqasını, BATE ilə Belarus çempionluğunu, "Birmingem"lə Liqa Kubokunu qazanıb.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər