"Barsa"nı "Milan", "Arsenal"ı almanlar dayandırdı

"Barsa"nı "Milan", "Arsenal"ı almanlar dayandırdı
Bu gün UEFA Çempionlar Liqasının III turunun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, bu gecə E, F, G və H qruplarında 8 oyun baş tutub.
E qrupunda ilk iki turda maksimum nəticə qazanmış "Şalke 04" "Çelsi"ni qəbul edib. Joze Mourinyonun yetirmələri səfərdə 3:0 hesablı qələbə qazanaraq liderliyi ələ alıb. Qrupun digər görüşündə "Styaua" və "Bazel" sülhə razılaşıb - 1:1.
F qrupunda İngiltərə çempionatının lideri, Çempionlar Liqasının ilk iki oyununda qələbə qazanmış "Arsenal" turnirin son finalçılarından biri olan Dortmund "Borussiya"sını qəbul edib. Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə "Borussiya" ilə pilləyə yüksəlib. Qrupun digər oyununda "Napoli" Marsel "Olimpik"ini eyni hesabla yenib.
G qrupunda ilk iki oyunu maksimum nəticə ilə başa vuran "Atletiko" səfərdə "Austriya" ilə üz-üzə gəlib və darmadağına sevinib - 3:0. "Zenit" isə Portuqaliyada "Portu"nı 1:0 hesabı ilə udub.
H qrupunda isə lider "Barselona" ikinci pillədəki "Milan"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. "Seltik" isə evdə "Ayaks"a qalib gəlib - 2:1.
Çempionlar Liqası
III tur
22 oktyabr
E qrupu
Styaua (Rumıniya) - Bazel (İsveçrə) 1:1
Qollar: Tatu, 88 - Marselo Diaz, 48.
Şalke 04 (Almaniya) - Çelsi (İngiltərə) 0:3
Qollar: Fernando Torres, 5; 69. Eden Hazard, 88.

1

Çelsi

3

2

0

1

8-2

6

2

Şalke 04

3

2

0

1

4-3

6

3

Bazel

3

1

1

1

3-3

4

4

Styaua

3

0

1

2

1-8

1

F qrupu
Arsenal (İngiltərə) - Borussiya (Dortmund, Almaniya) 1:2
Qollar: Olivier Qiroud, 41 - Henrik Mkitaryan, 16. Robert Levandovski, 82.
Olimpik (Marsel, Fransa) - Napoli (İtaliya) 1:2
Qollar: Andre Ayev, 86 - Joze Maria Kallejon, 42. Duvan Zapata, 67.

1

Borussiya D

3

2

0

1

6-3

6

2

Arsenal

3

2

0

1

5-3

6

3

Napoli

3

2

0

1

4-4

6

4

Olimpik M

3

0

0

3

2-7

0

G qrupu
Portu (Portuqaliya) - Zenit (Rusiya) 0:1
Qol: Aleksandr Kerjov, 86.
Qırmızı vərəqə: Hektor Herrera, 6 (Portu).
Austriya (Avstriya) - Atletiko (İspaniya) 0:3
Qollar: Raul Qarsiya, 8. Dieqo Kosta, 20; 53.

1

Atletiko

3

3

0

0

8-2

9

2

Zenit

3

1

1

1

2-3

4

3

Portu

3

1

0

2

2-3

3

4

Austriya

3

0

1

2

0-4

1

H qrupu
Seltik (Şotlandiya) - Ayaks (Hollandiya) 2:1
Qollar: Ceyms Forrest, 45-pen. Biram Kayal, 54 - Lasse Şone, 90+2.
Qırmızı vərəqə: Nir Biton, 88 (Seltik).
Milan (İtaliya) - Barselona (İspaniya) 1:1
Qollar: Robinyo, 9 - Lionel Messi, 23.

1

Barselona

3

2

1

0

6-1

7

2

Milan

3

1

2

0

4-2

5

3

Seltik

3

1

0

2

2-4

3

4

Ayaks

3

0

1

2

2-6

1

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər