Bu gün "Bakı-2015" Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşuub. Fanat.az xəbər verir ki, 2 çəki dərəcəsi üzrə təşkil olunacaq yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunub.
Həmyerlilərimizdən İlham Zəkiyev qızıl medal qazanıb. Səbinə Abdullayeva gümüş, Zakir Mislimov isə bürünc medala sahib çıxıb.
Paracüdo
Kişilər
+90 kq
Yığmamızın lideri İlham Zəkiyev Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, "Bakı-2015"in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla (Yunanıstan) qarşılaşıb və finala çıxıb. İlhamın son rəqibi Aleksandr Pominov (Ukrayna) olub. Bu dəfə də qələbə qazanan Zəkiyev qızıl medala sahib çıxıb.
Bu çəki dərəcəsində tatamiyə çıxacaq digər paracüdoçumuz Zakir Mislimov ilk cəhdində ukraynalı Aleksandr Pominovla üz-üzə gəlib. Bu mərhələdə uduzan Zakir təsəlliverici mərhələyə qatılıb. İlk rəqibi Julien Taurines (Fransa) üzərində qələbə qazanan Mislimov bürünc medal uğrunda yarımfinalda İlham Zəkiyevə yenilən yunan Klimis Papaçristosla qarşılaşıb və qələbə qazanaraq bürünc medala sahib çıxıb.
Qadınlar
57 kq
Millimizin aparıcı üzvlərindən Səbinə Abdullayeva 1/4 finalda Maria Merensiano (İspaniya) ilə qüvvəsini sınayıb. O, ipponla qalib gələrək, yarımfinala yüksəlib. Səbinənin yarımfinaldakı rəqibi Natalya Nikolayçuk (Ukrayna) olub. Bu dəfə də qələbə qazanan Abdullayeva finala çıxıb. Cüdoçumuzun finaldakı rəqibi başqa bir ukraynalı İnna Çerniak olub. Səbinə bu dəfə uduzaraq uduzaraq gümüş medalla kifayətlənib.
Fanat.az