"Bakı-2015": Cüdo yarışlarından maraqlı məqamlar - FOTOLAR

"Bakı-2015": Cüdo yarışlarından maraqlı məqamlar - FOTOLAR

Bakı 2015 çərçivəsində cüdo yarışlarına 25 iyunda start verilib. Yarışlar dörd gün ərzində Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

İlk Avropa Oyunlarında cüdo yarışları ilə bağlı bəzi məlumatlarla tanış olun:

İştirakçıların sayı – Bakı 2015-də mübarizəyə 399 cüdoçu qatılıb. 232 idmançı gözdən əlillər üçün cüdo və komanda yarışı daxil olmaqla doqquz qızıl medal uğrunda yarışıb. Onlardan 167-si qadınlardır.

İştirakçı ölkələr – cüdo üzrə yarışlarda 49 MOK iştirak edib.

Medallar - cüdo üzrə 18 qızıl medal təqdim olunub.

Bakı 2015-də cüdo üzrə 16 çəki dərəcəsində yarışma olub. Onlardan ikisi gözdən əlillər üçün cüdoya aiddir (kişilərdə +90kq, qadınlarda -57kq çəki dərəcəsində).

Bununla da cüdo Bakı 2015-də yeganə Paraolimpiya yarışı olan idman növüdür.

Bakı 2015 Avropa Oyunlarında yalnız cüdonun iki Paralimpiya kateqoriyası var - Gözdən Əllilər Cüdosu üzrə +90 kq-lıq çəkidə kişilər arasında və -57 kq çəkidə qadınlar arasında yarış keçirilib.

7 MOK – yarışlara maksimum idmançı sayı 18 cüdoçu ilə qatılıb: Azərbaycan. İspaniya, Fransa, Almaniya, İsrail, Rusiya və Slovakiya daxildir.

Yalnız 1 oyunçu ilə yarışa qatılan ölkələr - Albaniya, Andorra, Kipr, Danimarka, İrlandiya və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya.

TİTULLU İDMANÇILAR

Mövcud 14 Avropa çempionunun 13-ü Bakı 2015-də mübarizə aparıb.

Elmar Qasımov - Bakı 2015 Açılış Mərasimində Azərbaycanın bayraqdarı olan cüdoçu 2012-ci ildə bürünc ,2014-cü ildə gümüş medala sahib olaraq ikiqat Avropa çempionatının mükafatçısıdır. O, Samsun və Tbilisidə keçirilən iki Qran-pri yarışlarında, eləcə də Rabatda keçirilən Beynəlxalq Cüdo Federasiyasının Dünya Ustaları yarışında zəfər qazanıb.  İyirmi dörd yaşlı idmançı keçən ay Bakıda keçirilən “Böyük Dəbilqə” yarışında gümüş medala sahib olub.

İtaliyadan Ciuliya Kintavalle - 2008-ci il Pekin Olimpiya Oyunlarının qızıl medalçısıdır.

MARAQLI MƏQAMLAR

*Komanda yarışlarına qatılmış yeddi alman qadını Bakıda fərdi yarışlarda səkkiz medal qazanıb - bir qızıl, üç gümüş və dörd bürünc medal.

*Beş müxtəlif çəki dərəcəsində yarışan və dünya reytinqində birinci olan üç cüdoçunun hər biri - fransalı Audrey Tçeumeo, Gürcüstanı təmsil edən Varlam Liparteliani və çex  Lukas Krpalek qızıl qazana bilməyiblər.

*Yarışların üçüncü və sonuncu günündə ən yaxşı nəticəni Hollandiya göstərib. Sürprizlər günündə holland cüdoçular medallar uğrunda keçirilən dörd görüşün hamısında qalib gələrək iki qızıl və iki bürünc medal əldə ediblər.

QALİBLƏRİN SİYAHISI:

Kişilər arasında:

-60 kq çəki dərəcəsi:

Beslan Mudranov (Rusiya) – qızıl

Orxan Səfərov (Azərbaycan)– gümüş

Lüdovik Sammartin (İsveçrə) – bürünc

Amiran Papinaşvili (Gürcüstan) – bürünc

-66kq çəki dərəcəsi:

Kamal Xan-Maqomedov (Rusiya) – qızıl

Loik Korval (Fransa) – gümüş

Mixail Pulyayev (Rusiya) –bürünc

Sebastyan Seidl (Almaniya) – bürünc

-73kq çəki dərəcəsi:

Sagi Muki (İsrail) – qızıl

Nuqzari Tatalaşvili (Gürcüstan) – gümüş

Rok Draksiç (Sloveniya) – bürünc

Dirk van Tiçet (Belçika) - bürünc

-81 kq çəki dərəcəsi:

Aftandil Tçrikişvili (Gürcüstan) – qızıl

İvan Nifontov (Rusiya) – gümüş

Aleksandr Vieçzerzak (Almaniya) – bürünc

Loik Pietri (Fransa) – bürünc

-90 kq çəki dərəcəsi:

Kiril Denisov (Rusiya) – qızıl

Varlam Liparteliani (Gürcüstan) – gümüş

Ilias İliadis (Yunanıstan) – bürünc

Guillaume Elmont (Hollandiya) – bürünc

-100 kq çəki dərəcəsi:

Henk Grol (Hollandiya) – qızıl

Lukas Krpalek (Çex) – gümüş

Toma Nikiforov (Belçika) – bürünc

Kiril Marett (Fransa) – bürünc

Kişilər arasında komanda:

Fransa- qızıl

Gürcüstan - gümüş

Rusiya - bürünc

Ukrayna- bürünc

Kişilər arasında gözdən əlillər +90 kq çəki dərəcəsi:

İlham Zəkiyev (Azərbaycan) – qızıl

Oleksandr Pominov (Ukrayna) – gümüş

Aleksandr Parayuk (Rusiya) - bürünc

Zakir Mislimov (Azərbacan) – bürünc

+100 kq çəki dərəcəsi:

Adam Okruaşvili (Gürcüstan) – qızıl

Or Sasson (İsrail) – gümüş

Renat Saidov (Rusiya) – bürünc

İakiv Xammo (Ukrayna) – bürünc

QADINLAR ARASINDA:

-48kq çəki dərəcəsi:

Şarlin van Snik (Belçika) – qızıl

Ebru Şahin (Türkiyə) – gümüş

Czernoviçki (Macarıstan) – bürünc

Irina Dolqova (Rusiya) – bürünc

-52 kq çəki dərəcəsi:

Andrea Çitu (Rumıniya) – qızıl

Annabel Euranie (Fransa) - gümüş

Marin Krae (Almaniya) – bürünc

Nataliya Kizuitina (Rusiya) – bürünc

-57 kq çəki dərəcəsi:

Telma Monteiro (Portuqaliya) – qızıl

Hedviq Karakas (Macarıstan) – gümüş

Nora Qjakova (Kosovo) – bürünc

Miryam Roper (Almaniya) – bürünc

-63 kq çəki dərəcəsi:

Martina Trajds (Almaniya)- qızıl

Tina Trstenjak (Sloveniya) – gümüş

Yardn Gerbi (İsrail) – bürünc

Klariss Agbegnenou (Fransa) – bürünc

-70 kq çəki dərəcəsi:

Kim Pollinq (Hollandiya) – qızıl

Laura Vargas Koç (Almaniya) – gümüş

Bernadet Graf (Avstriya) – bürünc

Szaundra Diedrix (Almaniya) – bürünc

-78 kq çəki dərəcəsi:

Varhinde Verkerk (Hollandiya) – qızıl

Luiza Malhaln (Almaniya) – gümüş

Anamari Klementina Velensek (Sloveniya) – bürünc

Guusje Stinhuis (Hollandiya) – bürünc

Qadınlar arasında komanda:

Fransa

Almaniya

İtaliya

Sloveniya

Qadınlar arasında -57kq gözdən əlillər:

İnna Çernyak (Ukrayna) – qızıl

Səbinə Abdullayeva (Azərbaycan) – gümüş

Natalya Nikolayçuk (Ukrayna) – bürünc

Ramona Brussig (Almaniya) – bürünc

+78 kq çəki dərəcəsi:

Emili Andeol (Fransa) – qızıl

Jasmin Kuelbs (Almaniya) – gümüş

Belkis Kaya (Türkiyə) – bürünc

Svetlana İaromka (Ukrayna)- bürünc

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər