Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin ilk oyunları davam edir. Fanat.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Bakının “Azəryol” klubu da mübarizəyə qoşulub.
Komandamız ilk sınağına Rumıniyada çıxıb. Aleksandr Çervyakovun yetirmələri “Tarqovitse” ilə üz-üzə gəliblər. Cütün favoriti olan “Azəryol”un səfərdən qələbə ilə qayıdacağı gözlənilən olsa da, təəssüf ki, komandamız ümidləri doğrultmayıb.
İlk iki hissəni uduzan "Azəryol" üçüncü setdə rəqibinə ciddi müqavimət göstərərək, dönüş etməyə cəhd etsə də, rumınlar mümkün geridönüşə imkan verməyiblər.
CEV kuboku
1/16 final
İlk oyun
28 oktyabr
Tarqovitse (Rumıniya) - Azəryol (Azərbaycan) 3:0 (25:19, 25:19, 30:28)
Fanat.az