"Azərbaycanla oyunun start heyətini müəyyənləşdirmişəm"

"Azərbaycanla oyunun start heyətini müəyyənləşdirmişəm"
"Azərbaycanla oyunun start heyətini artıq müəyyənləşdirmişəm. Amma onu sizə açıqlamaq fikrində deyiləm. Əsas odu ki, oyunçular özləri artıq bunu bilir". Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının baş məşqçisi Fabio Kapello deyib.
Sabah yığmamızla yoldaşlıq oyunu keçirəcək komandanın baş məşqçisi bu gün mətbuat konfransı keçirib: "İqor Akinfeyev start heyətində olacaq. Azərbaycanla oyunda əvvəllər millidə oynamamış və ya az oynamış futbolçuları yoxlamaq istəyirəm. Tədricən yığmanın heyətini yeniləməyə də ehtiyac var".
Rusiya Futbol İttifaqı Kapellonun maaşını gecikdirib. Amma italyan mütəxəssis buna görə narahat deyil: "Maaş hazırda yadıma düşən ən sonuncu fikirdi. Mən bura Azərbaycana qarşı yoxlama matçı keçirmək üçün gəlmişəm. Maliyyə problemləri məni ən son düşündürən məsələdi".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər